Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir.
Crossmedia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə naziri Türkiyənin Milli Müdafiə Universitetinin Quru Qoşunları, Hərbi Dənizçilik və Hərbi Təyyarəçilik məktəblərinin buraxılış mərasiminə qatılıb.
Tədbirdə iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış edərək məzunları təbrik edib. Sonra plana uyğun olaraq məzunlara diplomlar təqdim olunub.
Qeyd edək ki, hərbi məktəbləri müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomları Z. Həsənov təqdim edib. (Report)
22:58 30.08.2026
Oxunuş sayı: 63