Fedorova yeni vəzifə təklif olunacaq?
Ukraynanın müdafiə naziri Yevgeni Xmara sələfi Mixail Fedorova birgə layihələr üzərində əməkdaşlığın davam etdirilməsi üçün format tapmağı təklif edib.
Crossmedia.az xəbər verir ki, “Qlavkom”un məlumatına görə, Xmara bunu jurnalistlərlə qapalı görüş zamanı açıqlayıb.
Onun sözlərinə görə, iyul ayında Fedorovla görüş keçirilib və həmin görüşdə sabiq nazirə əməkdaşlığı davam etdirmək imkanını nəzərdən keçirmək təklif olunub.
Bununla belə, Fedorova konkret vəzifə təklif edilməyib. Yeni müdafiə naziri hazırda sabiq həmkarının cavabını gözləyir.
Mixail Fedorovun başqa təklifi qəbul etdiyi də bildirilir. O, İtaliyanın müdafiə naziri Guido Krozettodan məsləhətçi vəzifəsi ilə bağlı təklif alıb.
Xatırladaq ki, iyulun 14-də Ali Rada hökuməti istefaya göndərib. Növbəti gün Prezident Volodimir Zelenski Fedorovun müdafiə naziri vəzifəsinə yenidən namizəd göstərilməyəcəyini, lakin onun komandada başqa vəzifədə qala biləcəyini açıqlayıb. Fedorov isə daha sonra prezidentin məsləhətçisi olmaq təklifindən imtina etdiyini bildirib.
Ali Rada avqustun 19-da Yevgeni Xmara Ukraynanın yeni müdafiə naziri təyin edib.
16:43 30.08.2026
Oxunuş sayı: 59