Zaporojye AES-də təhlükəli geri sayım başladı
Zaporojye Atom Elektrik Stansiyası (ZAES) xarici enerji təchizatı bərpa edilməsə və ya əlavə dizel yanacağı gətirilməsə, təxminən 10 gün sonra tamamilə enerjisiz qala bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə MAQATE-nin baş direktoru Rafael Qrossi bildirib. Onun sözlərinə görə, stansiya artıq bir həftədən çoxdur yalnız qəza dizel generatorları hesabına fəaliyyət göstərir.
MAQATE-nin məlumatına görə, ZAES-də təxminən 10 günlük dizel yanacağı ehtiyatı qalıb. Qrossi enerji təchizatının bərpası və ya əlavə yanacağın gətirilməsi üçün təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
MAQATE “Ferosplavnaya-1” xəttinin təmiri üçün lokal atəşkəs əldə etməyə çalışır. Agentlik həmçinin həftə ərzində stansiya ərazisində üç PUA insidenti qeydə alındığını bildirib. Hazırda stansiyada radiasiya fonunun normada olduğu açıqlanıb.
11:17 30.08.2026
Oxunuş sayı: 63