Sərhəddə uzun növbə: 400 yük maşını keçid gözləyir
Qazaxıstan-Qırğızıstan sərhədində təxminən 400 yük avtomobilinin toplanması qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, Qazaxıstanın Dövlət Gəlirləri Komitəsi bu barədə məlumat yayıb.
Məlumata görə, nəqliyyat sıxlığı beynəlxalq yükdaşımaların mövsümi artması və Qırğızıstanda yük maşınları üçün tətbiq olunan temperatur məhdudiyyətləri ilə əlaqədardır.
Vəziyyətin sabitləşdirilməsi məqsədilə sərhəd-keçid məntəqələrinin fəaliyyəti gücləndirilib, nəqliyyat axını tənzimlənir və yük maşınlarının bir hissəsi yaxınlıqdakı digər keçid məntəqələrinə yönləndirilir.
Qazaxıstan-Qırğızıstan sərhədində yük nəqliyyatının toplanması müxtəlif dövrlərdə mövsümi yük axınının artması ilə də əlaqələndirilib.
10:26 30.08.2026
Oxunuş sayı: 55