Zaporojye AES üçün 10 günlük təhlükə siqnalı
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi Zaporojye Atom Elektrik Stansiyasının xarici elektrik təchizatının olmaması səbəbindən 10 gün ərzində dayandırıla biləcəyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qrossinin sözlərinə görə, hazırda stansiyada olan dizel yanacağı ehtiyatı yalnız minimum normativ tələbi qarşılayır.
22:15 29.08.2026
Oxunuş sayı: 61