Uşaqların sevimli yeməkləri məktəb menyusundan çıxarılır
ABŞ-də məktəb yeməklərində dəyişiklik ediləcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Səhiyyə naziri Robert F. Kennedinin sözlərinə görə, məktəb menyularından Pop-Tarts, müxtəlif şirniyyatlar və ponçiklər çıxarılacaq.
Kennedinin bildirdiyinə görə, ABŞ hökuməti hər gün 30 milyon məktəb naharı və 15 milyon səhər yeməyini maliyyələşdirir. O bildirib ki, məktəb yeməklərində ən populyar məhsullar arasında Pop-Tarts, şirniyyat və ponçiklər olub.
Nazir yeni yanaşma ilə bu məhsulların menyudan çıxarılacağını və uşaqlara əsl qida təqdim ediləcəyini açıqlayıb.
20:20 29.08.2026
Oxunuş sayı: 57