“Vikipediya” Rusiya qanunlarını pozduğuna görə cərimələnir
“Vikipediya” Rusiya qanunlarının tələblərini yerinə yetirmədiyinə görə mütəmadi olaraq cərimələnir.
Crossmedia.az ˝TASS˝a istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Sergey Boyarski bildirib.
Hazırda onlayn ensiklopediya ilə bağlı bundan başqa hər hansı tədbirin görülməsi barədə məlumat yoxdur.
Boyarskinin sözlərinə görə, Rusiyada qüvvədə olan federal qanunları pozan şəxslər və qurumlarla bağlı tənzimləyici orqanlar müvafiq tədbirlər görür.
18:20 29.08.2026
Oxunuş sayı: 57