MAQATE rəhbəri Zaporojye AES-ə hücumdan sonra təmkinə çağırdı
MAQATE-nin baş direktoru Rafael Mariano Qrossi Zaporojye Atom Elektrik Stansiyasına pilotsuz uçuş aparatları ilə hücumdan sonra tərəfləri maksimum təmkin nümayiş etdirməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi bu barədə məlumat yayıb.
Bildirilib ki, Rusiyanın nəzarətində olan Zaporojye AES-ə avqustun 25-26-da PUA-larla hücumlar baş verib və nəticədə stansiyanın iki əməkdaşı xəsarət alıb.
MAQATE-nin ABŞ şirkəti “X” sosial şəbəkəsində yayımladığı açıqlamada qeyd olunub ki, həftənin əvvəlində Zaporojye AES-in ərazisində üç PUA insidenti baş verib.
Qrossi bu hadisələrin nüvə təhlükəsizliyinə təhdidin mövcudluğunu göstərdiyini vurğulayıb və tərəfləri vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün maksimum təmkin göstərməyə çağırıb.
15:52 29.08.2026
Oxunuş sayı: 49