Rəşidə Tlaib ABŞ-ni İsrailə silah embarqosuna çağırdı
ABŞ Konqresinin Fələstin əsilli üzvü Rəşidə Tlaib Donald Tramp administrasiyasını İsrailə silah tədarükünə embarqo tətbiq etməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, Rəşidə Tlaib bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
Tlaib ABŞ hökumətinin “soyqırımın maliyyələşdirilməsinə son qoymalı” olduğunu vurğulayıb.
Konqresmen İsrailin Fələstin xalqına qarşı siyasətini etnik təmizləmə kimi qiymətləndirərək, bunun ABŞ istehsalı bombalardan istifadə edilməklə həyata keçirildiyini iddia edib. O, baş verənləri “qeyri-insani” adlandırıb.
Mənbədə qeyd olunan məlumatlara görə, 2023-cü ilin oktyabrından davam edən İsrailin Qəzza zolağına hücumları nəticəsində 73 438 nəfər ölüb, 174 447 nəfər isə yaralanıb.
14:48 29.08.2026
Oxunuş sayı: 59