İranla bağlı İstanbul görüşü son anda təxirə salınıb
İran məsələsi ilə bağlı İstanbulda keçirilməsi planlaşdırılan görüş təxirə salınıb.
Crossmedia.az xəbər verir ki, Almaniyanın ˝DPA˝ agentliyinin yaydığı məlumata görə, görüş iştirakçılarından birinin iş qrafikində yaranan uyğunsuzluq səbəbindən təxirə salınıb.
Görüşdə Avropa üçlüyünün (Almaniya, Fransa və Böyük Britaniya), həmçinin Misir, Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin xarici işlər nazirlərinin iştirakı nəzərdə tutulurdu.
Görüşün yeni tarixi hələ müəyyən edilməyib.
20:55 28.08.2026
Oxunuş sayı: 50