Körfəz ölkələri Hörmüzə alternativ yollar axtarır
İranla müharibə və Hörmüz boğazının bağlanması təhlükəsi fonunda Fars körfəzi ölkələri neft ixracının əsas marşrutundan asılılığı azaltmaq üçün alternativ infrastruktura yatırımları artırmağa başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Qırmızı dəniz və Fuceyrə üzərindən alternativ ixrac marşrutlarını genişləndirir. Küveyt, İraq və digər ölkələr isə alternativ boru kəmərlərinin və limanların inkişafına sərmayə qoyur.
18:52 28.08.2026
Oxunuş sayı: 42