Çin ABŞ-in birtərəfli sanksiyalarına qarşı çıxıb
Çin ABŞ-in İranla ticarətə görə Çinə qarşı sanksiyalar tətbiq etmək planına münasibət bildirərək birtərəfli sanksiyalara qarşı olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lin Jian bu barədə danışıb.
Lin Jian İranla bağlı məsələlərin həllində dialoq və danışıqların yeganə yol olduğunu bildirib. “Çinin qanunsuz birtərəfli sanksiyalara qarşı mövqeyi daim aydın və dəyişməzdir”, - deyə o vurğulayıb.
15:05 28.08.2026
Oxunuş sayı: 41