Tramp ABŞ-də mal əti idxalına kvotanı artırdı
ABŞ Prezidenti Donald Tramp ölkədə mal əti qiymətlərini aşağı salmaq məqsədilə yağsız mal əti qırıntılarının idxalı üzrə tarif kvotasının müvəqqəti artırılmasını nəzərdə tutan sənəd imzalayıb.
Crossmedia.az xəbər verir ki, Ağ Ev bu barədə məlumat yayıb.
Yeni qərarla 2026-cı il ərzində əlavə 300 min ton yağsız mal əti qırıntısının kvota çərçivəsində idxalına icazə verilib. Tədbir sentyabrın 1-dən qüvvəyə minəcək və 90 gün qüvvədə olacaq.
Ağ Ev qərarın ABŞ-də mal-qaranın sayının son 75 ilin ən aşağı səviyyəsinə düşməsi, quraqlıq və meşə yanğınları, həmçinin Meksikadan canlı mal-qara idxalına tətbiq edilən məhdudiyyətlər fonunda qəbul edildiyini bildirib.
14:46 27.08.2026
Oxunuş sayı: 32