Bill Qeytsdən xəbərdarlıq: Süni intellekt bioterrorizm riski yarada bilər
Microsoft-un həmtəsisçisi Bill Qeyts süni intellektin bədxah məqsədlərlə istifadəsinin ciddi risklər yarada biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Qeytsin sözlərinə görə, süni intellektdən fırıldaqçılıq və kiberhücumlar üçün istifadə oluna bilər. O, ən pis ssenaridə texnologiyanın bioterrorizm məqsədləri üçün tətbiqindən narahat olduğunu deyib.
Qeyts həmçinin süni intellektin əmək bazarında dəyişikliklərə səbəb ola biləcəyini və uşaqların real insanlarla ünsiyyət əvəzinə daha çox süni intellektlə əlaqə saxlamasının psixoloji nəticələr doğura biləcəyini vurğulayıb.
14:27 27.08.2026
Oxunuş sayı: 44