İtaliya Ukraynaya 3 milyard avroluq hərbi yardım paketi hazırlayır
İtaliya hökumətinin Ukraynaya təxminən 3 milyard avro dəyərində yeni hərbi yardım paketi göndərmək barədə qərar qəbul etdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, ˝La Repubblica˝-nın məlumatına görə, paketin əsasını dörd SAMP/T NG hava hücumundan müdafiə sistemi, Aster 30 raketləri və yeddi uzaqmənzilli radar təşkil edəcək.
Silahların bir hissəsinin oktyabr ayına qədər Ukraynaya çatdırılması planlaşdırılır və maliyyələşdirmənin Avropa kredit proqramları hesabına həyata keçirilməsi nəzərdə tutulur. İtaliya və Fransa həmçinin Aster 30 raketlərinin Ukraynada istehsalına icazə verə bilər.
23:30 26.08.2026
Oxunuş sayı: 47