Meta-nı 18 milyard dollarlıq cəza gözləyir
Meta ABŞ ştatları ilə uşaqların sosial mediada qorunması ilə bağlı məhkəmə işində 18 milyard dollara qədər ödəniş etməyə razılaşıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İddiaçılar şirkətin uşaqların müdafiəsi ilə bağlı bir sıra federal və ştat qanunlarını pozduğunu bildiriblər. Ştatların məhkəməyə təqdim etdiyi sənədlərə görə, Meta platformaları gəncləri və yeniyetmələri cəlb edib platformalarda saxlayıb, eyni zamanda bunun onların psixi və fiziki sağlamlığına vurduğu zərəri nəzərə almayıb.
21:54 26.08.2026
Oxunuş sayı: 47