Zelenski Zaporojye ilə bağlı təcili tapşırıq verib
Ukrayna Prezidenti Volodimir Zelenski cəbhədəki vəziyyət və əsas istiqamətlərdə müdafiə əməliyyatları ilə bağlı təhlükəsizlik müşavirəsi keçirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zelenski bildirib ki, əsas diqqət cəbhədəki real vəziyyətə, hərbçilərin effektivliyinin artırılması üçün görülməli işlərə və Zaporojye şəhərindəki vəziyyətə yönəldilib.
“Şəhərin və vilayətin, eləcə də digər şəhər və icmaların təhlükəsizliyindən asılı olan istiqamətlərin müdafiəsini gücləndirməyi tapşırdım”, – deyə Zelenski bildirib.
19:39 26.08.2026
Oxunuş sayı: 51