Koçaryanın məhkəməyə aparılmasına icazə verilmədi
Ermənistanın ikinci prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan məhkəmə iclasına qatılmayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumata görə, Koçaryanın məhkəmə iclasına gətirilməsi planlaşdırılsa da, həkimlər onun xəstəxanadan çıxarılaraq daşınmasına icazə verməyib.
Nəticədə Ermənistanın keçmiş prezidenti barəsində həbs məsələsinin müzakirə olunduğu iclasda iştirak etməyib.
13:31 26.08.2026
Oxunuş sayı: 55