Qaradağ rayonunda payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib
Qaradağ Rayon İcra Hakimiyyətində 2026–2027-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib.
Crossmedia.az xəbər verir ki, müşavirədə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Anar Tağıyev, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Şəhər Təsərrüfatı və Mənzil Fondunun Uçotu şöbəsinin müdiri Məmməd Qasımov, Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehraliyev, Qaradağ rayon İƏD-ləri üzrə nümayəndələri, qəsəbə bələdiyyələrinin sədrləri, Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Emin Talıbov, rayon mənzil-kommunal istismar sahələrinin rəisləri, rayonun təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.
Müşavirədə 2026–2027-ci illərin payız-qış mövsümünə hazırlıq çərçivəsində rayon ərazisində görülmüş işlər, yaşayış məntəqələrinin kommunal xidmətlərlə təminatı, istilik, elektrik enerjisi, qaz və su təchizatının vəziyyəti, yolların və digər infrastruktur obyektlərinin vəziyyəti ətraflı müzakirə olunub.
Çıxışlar zamanı payız-qış mövsümündə yarana biləcək problemlərin əvvəlcədən müəyyənləşdirilməsi və operativ şəkildə aradan qaldırılması, aidiyyəti qurumlar arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, sakinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi məsələlərinin vacibliyi vurğulanıb.
Müşavirənin sonunda qarşıda duran vəzifələrin icrası ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.
17:58 25.11.2026
Oxunuş sayı: 44