DƏHŞƏTLİ şam yeməyi: ailəsinin 8 üzvünü öldürüb intihar etdi
ABŞ-nin Montana ştatının Billinqs şəhərində kişi ailə üzvlərindən səkkizini öldürdükdən sonra evi yandırıb və intihar edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Hadisə avqustun 23-də axşam saatlarında ailənin şam yeməyi üçün bir araya gəldiyi evdə baş verib. Ölənlər arasında dörd uşaq da var.
Məlumata görə, atəş açan şəxs daha sonra evi yandırıb. Hüquq-mühafizə əməkdaşları hadisə yerinə çatdıqda bina alov içində olub. Şübhəli şəxs özünə açdığı güllə yarasından daha sonra ölüb.
İlkin məlumatlara əsasən, hadisənin motivi ailədaxili münaqişə ilə bağlı ola bilər. Lakin hüquq-mühafizə orqanları motivi hələ rəsmi olaraq açıqlamayıb.
10:18 26.08.2026
Oxunuş sayı: 50