Ukrayna PUA-ları Wildberries anbarına zərbə vurub
Ukraynanın pilotsuz uçuş aparatları Rusiyanın Tambov və Nijni Novqorod vilayətlərində iri sənaye və logistika obyektlərini hədəfə alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya rəsmiləri məlumat yayıb.
Tambov vilayətinin Kotovsk şəhərində “Wildberries” şirkətinin logistika mərkəzinə hücum nəticəsində yanğın baş verib. Vilayətin qubernatoru yanğının sahəsinin 100 min kvadratmetrdən çox olduğunu bildirib.
Bundan əlavə, Nijni Novqorod vilayətinin Kstovo şəhərində neft emalı zavoduna da PUA hücumu edilib və müəssisədə yanğın başlayıb.
Məlumata görə, söhbət Rusiyanın ən iri neft emalı müəssisələrindən biri olan “LUKOYL-Nijni Novqorodnefteproyekt” zavodundan gedir.
09:37 26.08.2026
Oxunuş sayı: 46