SDQ Suriya dövlətinin tabeliyinə keçir
Suriyanın şərqində kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) baş komandanı general Mazlum Abdi SDQ-nin buraxıldığını və tamamilə Suriya dövlətinin və silahlı qüvvələrinin tərkibinə daxil edildiyini elan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Dəməşqdə bir müddət əvvəl keçirilən mərasim zamanı açıqlama verilib.
Qərara əsasən, kürdlərin rəhbərlik etdiyi qüvvələrin Suriya dövlət strukturlarına və silahlı qüvvələrinə tam inteqrasiyası nəzərdə tutulur.
23:02 25.08.2026
Oxunuş sayı: 52