Kanada ABŞ-yə qarşı cavab tarifləri tətbiq edib
Kanada ABŞ-nin kanada mallarına tətbiq etdiyi 50 faizlik tariflərə cavab olaraq Vaşinqtona qarşı yeni gömrük rüsumları tətbiq edib.
Crossmedia.az xəbər verir ki, Kanada hökuməti iki ölkə arasında ticarət danışıqlarının nəticəsiz qalmasından sonra cavab tədbirlərini açıqlayıb.
ABŞ-nin bəzi Kanada məhsullarına tətbiq etdiyi 50 faizlik tariflər avqustun 22-dən qüvvəyə minib. Kanadanın cavab tariflərinin isə sentyabrın 8-dən tətbiq ediləcəyi bildirilib.
Ottava bu addımı ABŞ-nin ticarət siyasətinə birbaşa cavab kimi qiymətləndirib. İki ölkə arasında yaranmış gərginliyin Şimali Amerikada ticarət əlaqələrinə və bizneslərə təsir göstərə biləcəyi bildirilir.
10:16 25.08.2026
Oxunuş sayı: 45