Rusiya MN: Ukrayna kəşfiyyatçılarının olduğu avtomobili məhv edilib
Rusiyanın “Dnepr” qoşun qruplaşmasının hərbçiləri Zaporojye vilayətində Ukrayna Silahlı Qüvvələrinin kəşfiyyatçılarını daşıyan avtomobili məhv edib.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Bildirilib ki, əməliyyat zamanı Ukrayna hərbçilərinin olduğu avtomobil hədəfə alınaraq məhv edilib.
Hadisənin digər təfərrüatları açıqlanmayıb.
09:14 25.08.2026
Oxunuş sayı: 53