İran polisi iğtişaş təhlükəsi barədə xəbərdarlıq edib
İran polis qüvvələrinin komandanı Əhməd Rza Radan ölkədəki iqtisadi çətinliklərdən istifadə edərək iğtişaşlar yaratmaq cəhdlərinin olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Radan xarici gücləri dolanışıq problemləri, yanacaq qıtlığı, iqtisadi vəziyyət və işsizlikdən istifadə etməklə ölkədə narazılıqları artırmağa çalışmaqda ittiham edib.
“Düşmən dolanışıq problemləri, benzin qıtlığı, iqtisadiyyat və işsizlik kimi bəhanələrdən istifadə edərək ölkədə iğtişaşlar törətməyə çalışır”, – deyə general bildirib.
O, həmçinin polis bölmələrinə sosial şəbəkələrdə insanları etirazlara çağıran şəxslərin müəyyənləşdirilməsi barədə göstəriş verib.
23:40 24.08.2026
Oxunuş sayı: 43