Bernem: Ukraynaya dəstəyimiz heç vaxt olmadığı qədər güclü olacaq
Böyük Britaniyanın xarici işlər naziri Devid Bernem Ukraynanın hava məkanının və mülki əhalinin qorunması üçün dəstəyin gücləndiriləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Devid Bernem Ukraynaya əlavə yardımın göstəriləcəyini açıqlayıb.
“Bilirəm ki, səmanızı və mülki əhalini qorumaq üçün əlavə yardıma ehtiyacınız var. Qışların nə qədər ağır keçdiyini bilirəm. Qaranlıq axşamlar gələndə bütün zəruri vasitələr hazır olmalıdır. Sizə lazım olan dəstəyi birlikdə təmin etmək üçün hər şeyi etməkdə qətiyyətliyəm. Bu dəstək əvvəlkindən daha güclü olacaq”, – deyə Bernem bildirib.
O, Ukraynanın təhlükəsizliyinin təmin olunması istiqamətində ölkəsinin dəstəyini davam etdirəcəyini vurğulayıb.
17:38 24.08.2026
Oxunuş sayı: 45