Overçuk: Moskva və İrəvan arasında məhsul tədarükü ilə bağlı problemlər qalır
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Moskvanın İrəvanla konstruktiv dialoqa hazır olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Aleksey Overçuk bu barədə açıqlama verib.
O qeyd edib ki, Ermənistan məhsullarının Rusiyaya tədarükü ilə bağlı müəyyən çətinliklər hələ də mövcuddur.
Overçukun sözlərinə görə, problem məhsulların keyfiyyəti ilə deyil, fitosanitar nəzarət tələblərinə əməl olunması ilə bağlıdır.
“Orada müxtəlif xəstəliklər var”, – deyə Rusiya Baş nazirinin müavini bildirib.
17:16 24.08.2026
Oxunuş sayı: 44