Çin 800-dən çox sərnişin daşıyacaq nəhəng təyyarə hazırlayır
Çin 800-dən çox sərnişin daşıya biləcək nəhəng sərnişin təyyarəsinin layihəsini təqdim edib.
Crossmedia.az xəbər verir ki, Çin tərəfindən təqdim olunan layihəyə əsasən, monoplan tipli təyyarənin qanad açıqlığı ABŞ-nin B-2 bombardmançısının qanad açıqlığından 1,6 dəfə böyük olacaq.
Yeni təyyarənin 800-dən çox sərnişin daşıması nəzərdə tutulur. Layihənin həyata keçirilməsi halında onun indiyədək hazırlanmış ən böyük sərnişin təyyarələrindən birinə çevriləcəyi bildirilir.
Hazırda layihənin texniki xüsusiyyətləri və onun nə vaxt istifadəyə verilə biləcəyi ilə bağlı ətraflı məlumat açıqlanmayıb.
04:23 25.08.2026
Oxunuş sayı: 47