Ağdaşda DƏHŞƏT – kişi arvadını və 17 yaşlı oğlunu bıçaqladı
Ağdaşda kişi arvadı və oğlunu bıçaqlamaqda şübhəli bilinir.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb.
Belə ki, 59 yaşlı Arzu Əhmədov münaqişə zəminində həyat yoldaşı Aygün Əhmədova və 17 yaşlı oğlu F.Əhmədova kəsici alətlə xəsarət yetirib.
Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb, faktla bağlı araşdırma aparılır.
14:52 24.08.2026
Oxunuş sayı: 57