İrkutskda hər yeri su basıb
İrkutskda cəmi dörd saat ərzində aylıq yağıntı normasının yarısından çoxu düşüb, nəticədə yolları, həyətləri və səkiləri su basıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi bu barədə məlumat yayıb.
Güclü külək nəticəsində ağaclar aşıb. Aşan ağaclar nəqliyyatın hərəkətinə mane olaraq şəhərdə avtomobil yollarında problemlər yaradıb.
Yağıntı və güclü külək səbəbindən elektrik enerjisinin verilişində də fasilələr yaranıb.
Oxşar hava şəraiti Ulan-Ude şəhərində də müşahidə olunub. Burada güclü yağış və küləyin yaratdığı fəsadların aradan qaldırılması üçün kommunal xidmətlərin əməkdaşları işə cəlb olunub.
14:12 23.08.2026
Oxunuş sayı: 77