Tayvanın cənubunda güclü partlayış: 13 nəfər xəsarət aldı
Tayvanın cənubundakı Tainan şəhərində sənaye tullantılarının saxlanıldığı ərazidə yanğın və ardınca güclü partlayış baş verib.
Crossmedia.az xəbər verir ki, yerli hakimiyyət orqanları hadisə barədə məlumat yayıb.
Partlayış nəticəsində 13 nəfər, o cümlədən üç yanğınsöndürən xəsarət alıb. Alov səkkiz yaşayış evinə və təxminən 20 nəqliyyat vasitəsinə ziyan vurub.
İlkin araşdırma zamanı ərazidə alüminium-maqnezium ərintisi və işlənmiş yağın olduğu müəyyən edilib. Yanğının dəqiq səbəbi araşdırılır.
Yanğın artıq söndürülüb. Ərazidə aparılan hava keyfiyyəti ölçmələrində normadan kənar göstəricilər aşkarlanmayıb. Xəsarət alanların hamısı tibbi yardım göstərildikdən sonra xəstəxanadan buraxılıb.
12:19 23.08.2026
Oxunuş sayı: 53