"Qəbələ" debütanta məğlub oldu
Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start verilib.
Crossmedia.az xəbər verir ki, açılış oyununda "Qəbələ” öz meydanında debütant “Şəfa”nı qəbul edib.
Görüş qonaqların 1-0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 69-cu dəqiqədə Mark Quel vurub.
Günün digər matçında isə “Zirə” “İmişli”ni sınağa çəkəcək. Qarşılaşma saat 20:45-də start götürəcək.
Qeyd edək ki, II turun “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” matçları avrokuboklara görə təxirə salınıb.
Tura avqustun 23-də 2 oyunla yekun vurulacaq.
21:22 22.08.2026
Oxunuş sayı: 55