“SmarTech I” İnnovasiya Müsabiqəsi: Gənclər yaşıl və ağıllı gələcəyin layihələrini təqdim edəcəklər
Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci PHŞ-nin təşkilatçılığı ilə gənclərin innovativ düşüncəsini, texnoloji bacarıqlarını və davamlı inkişaf sahəsində potensialını dəstəkləmək məqsədilə “SmarTech I” Yaşıl və Ağıllı Gələcək Naminə İnnovasiya Müsabiqəsi keçiriləcək.
Müsabiqə gənclərə öz innovativ ideyalarını real layihə və prototiplərə çevirmək, müasir texnologiyalardan istifadə etməklə cəmiyyət və ətraf mühit üçün faydalı həllər təqdim etmək imkanı yaradır.
Müsabiqənin əsas istiqamətləri:
İnklüziv və sosial innovasiyalar
Rəqəmsal həllər və robotexnika
Alternativ enerji və “Təmiz dünya”
Kimlər iştirak edə bilər?
Universitet tələbələri
* Kollec tələbələri
* 9–11-ci sinif şagirdləri
Komandalar 2–4 nəfərdən ibarət olmalıdır.
Mükafatlar
I yer – 500 AZN + medal + sertifikat
II yer – 300 AZN + medal + sertifikat
III yer – 200 AZN + medal + sertifikat
Qeydiyyat: 19-30 avqust 2026
Son müraciət tarixi: 30 avqust 2026
Final mərhələsi: 10 sentyabr 2026, saat 11:00
Məkan: Sumqayıt Dövlət Texniki Kolleci
İdeyanızı layihəyə, layihənizi isə real dəyişikliklərə çevirin!
Əgər innovativ ideyanız, yaradıcı yanaşmanız və gələcəyə dair baxışınız varsa, “SmarTech I” sizin üçün yeni imkanların başlanğıcı ola bilər.
Ətraflı məlumat üçün : https://go.fliplink.me/view/5B1A5A66-2666-437B-8D5E-5133ABD54678
Qeydiyyat üçün: https://forms.gle/m5sbuAHjYLEdyDJc6
Əlaqə: 018 (65) 5-00-64
E-poçt: [email protected]
Vebsayt: https://sdu-sdtk.edu.az/
11:58 21.08.2026
Oxunuş sayı: 52