Rusiyada yarımstansiyada qəza baş verdi, evlər qaranlığa qərq oldu
Rusiyanın Çeboksarı şəhərində elektrik yarımstansiyalarından birində qəza baş verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, şəhərin bəzi yaşayış binalarında və işıqfor sistemlərində elektrik enerjisi kəsilib. Hadisə şahidləri ərazidə qara tüstü göründüyünü bildiriblər.
Çeboksarı şəhərinin meri Sergey Trofimov bildirib ki, İvan Yakovlev prospektində yerləşən elektrik yarımstansiyasında yaranmış qəzanın nəticələrinin aradan qaldırılması üçün təcili xidmətlər iş aparır.
Onun sözlərinə görə, hazırda enerji təchizatı şəbəkələrinin ehtiyat xətlərə keçirilməsi həyata keçirilir.
20:23 19.08.2026
Oxunuş sayı: 47