Moskva ABŞ səfirinin Kuril adaları ilə bağlı açıqlamasına reaksiya verib
Rusiya Xarici İşlər Nazirliyi ABŞ-nin Yaponiyadakı səfirinin Kuril adalarının statusu ilə bağlı açıqlamasına münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Nazirlik ABŞ səfirinə Rusiyanın Kuril adaları üzərində suverenliyinə dair hər hansı şübhənin olmadığını bildirib.
Moskvanın mövqeyinə görə, Kuril adalarının Rusiyaya mənsubluğu mübahisə mövzusu deyil. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-nin Tokiodakı səfiri Corc Qlassın Cənubi Kuril adalarının statusu ilə bağlı açıqlamasına cavab verib.
Kuril adalarının cənub hissəsi Rusiya və Yaponiya arasında uzun illərdir davam edən ərazi mübahisəsinin predmetidir. Rusiya adaları Cənubi Kuril adaları, Yaponiya isə Şimal Əraziləri adlandırır.
13:41 19.08.2026
Oxunuş sayı: 56