Ermənistan müxalifəti Paşinyanın xanımının təklifini RƏDD ETDİ
Ermənistan parlamentində müxalifət fraksiyalarının rəhbərləri Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın görüş təklifini qəbul etməyiblər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Məlumata görə, Anna Akopyan parlamentdəki müxalifət fraksiyalarının rəhbərləri və qadın deputatlarla ailədaxili zorakılıq mövzusunu müzakirə etmək üçün görüş keçirmək istəyib.
Lakin müxalifət fraksiyalarının rəhbərləri bu təklifdən imtina ediblər. Görüşün keçirilib-keçirilməyəcəyi və müxalifətin hansı səbəblərlə təklifi rədd etdiyi barədə əlavə məlumat verilməyib.
13:14 19.08.2026
Oxunuş sayı: 53