Texnologiya

"Huawei"nin gözlənilən "Mate 70" seriyası üçün geri sayım başlayıb. Bu ay təqdim edilməsi gözlənilən smartfonlar üçün sızıntıların sayı da artmaqdadır. Son məlumatlar "Huawei Mate 70 Pro"nun əsas texniki xüsusiyyətlərini açıqlayır.

Texnologiya dünyasında etibarlı sızıntıları ilə tanınan Digital Chat Station, "Huawei Mate 70 Pro"nun başlıca özəlliklərini paylaşıb. Məlumata görə, cihaz 6.88 düymlük, 1.5K çözünürlüklü, 120 Hz yenilənmə sürətinə və təhlükəsiz üz tanıma üçün 3D ToF texnologiyasına sahib əyri LTPO ekranla təchiz ediləcək. Bununla yanaşı, "Mate 60 Pro"da mövcud olan optik barmaq izi sensorunun yerinə daha etibarlı və uzunömürlü ultrasəs texnologiyası ilə barmaq izi tanıma sistemi olacaq.

Smartfonda 1/1.3 düym ölçüsündə və dəyişkən diyafram aralığına malik 50 meqapiksellik əsas kamera olacaq. Sensorun OV50H və ya OV50K40 modellərindən biri olması ehtimal edilir. Bundan əlavə, 3.5 dəfə optik yaxınlaşdırma edə bilən və telefoto makro rejimi təqdim edən 1/2.5 düymlük 50 meqapiksellik periskop linza da mövcud olacaq. Digər kameralara dair texniki detallar isə hələlik açıqlanmayıb.

"Mate 70 Pro"-nun həm sürətli kabelli, həm də kabelsiz enerji yığma dəstəyi ilə yanaşı suya və toza qarşı dayanıqlılığa sahib olduğu bildirilir. Cihazın 6.000 mAh tutumlu batareya ilə təchiz ediləcəyi bildirilir.

Emil Bağızadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il