Texnologiya

"Amazon Alexa"nın yeni nəsil yeniləməsi yenə təxirə salınıb. Səsli köməkçilərin, hətta bəlkə də süni intellekt dəstəkli modellərin əsasını qoyanlardan biri olmasına baxmayaraq, "Amazon Alexa" yenilik etmək və dövrə uyğunlaşmaq məsələsində rəqiblərindən geri qalır. Uzun müddətdir yenilənməsi gözlənilən süni intellekt dəstəkli səsli köməkçi yenidən təxirə salınıb.

Amazon populyar səsli köməkçisi "Alexa" ilk dəfə 2014-cü ilin noyabrında Amazon exo dinamik ilə birgə satışa çıxarılıb. Lakin səsli köməkçi 10-cu yaşına yaxınlaşarkən, "ChatGPT" və "Google Gemini" kimi yeni nəsil süni intellekt botlarının yanında geri qalmağa başlayıb.

"Alexa"nın gözlənilən yeni nəsil yeniləməsi “texniki çətinliklər” səbəbindən 2025-ci ilə təxirə salınıb. Yenilənmiş Alexa-nın beta versiyası bu ilin əvvəlində təqdim olunmalı idi, lakin bu plan həyata keçməyib. Həmçinin, keçən ay təqdim olunan yeni "Kindle" modelləri ilə birlikdə "Alexa 2.0"ın elan olunması planlaşdırılsa da, bu da təxirə salınıb. İndi isə məqsəd 2025-ci ilin “naməlum” bir tarixində yeni "Alexa"nı təqdim etməkdir.

"Microsoft Copilot", "Google Gemini", "ChatGPT" kimi süni intellekt botları həyatımızın hər sahəsinə sürətlə inteqrasiya olunduğu halda, Amazon bu mövzuda geri qalıb.

"Alexa"nın yarım milyard cihazla inteqrasiya edildiyi nəzərə alınarsa, bu qədər böyük bir cihaz havuzu üçün yeniləmə təqdim etməyin asan olmadığını da etiraf etməliyik. Test edilən yeni "Alexa" versiyası hələ də lazımsız məlumatlar verir və ağıllı lampaları açmaq kimi sadə funksiyaları belə yerinə yetirməkdə çətinlik çəkir.

Nərgiz Orucova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il