İqtisadiyyat

Bu ilin noyabrın 1-nə olan məlumata görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes fəaliyyəti ilə məşğul olmaq üçün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 2 520-dən çox müraciət daxil olub.

Crossmedia.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Qarabağ və Şərqi Zəngəzura investisiya” mövzusunda yayımlanan "İslahat icmalı"nda qeyd olunub.

Müraciət edənlərdən 503-ü xarici, 2 017-si yerli şəxslərdir. Müraciətlərin 1 479-u investisiya layihələri ilə bağlı olub, onların 4 %-i xarici, 96 %-i isə yerli investorlar tərəfindən təqdim edilib.

İnvestisiya layihələrinin 56 %-i ticarət və xidmət, 8 %-i tikinti, turizm, səhiyyə, təhsil və mədəniyyət, 17 %-i sənaye, 19 %-i isə kənd təsərrüfatı sahələrini əhatə edir.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il