COP29 çərçivəsində, Milli Xalça Muzeyində unikal və mənalı bir tədbir baş tutub. “İqlim və İlmələr” tədbiri ətraf mühitin qorunması və davamlılıq mesajlarının xalça sənəti vasitəsilə çatdırılmasını hədəfləyir. Hər ilmənin içində, gələcək nəsillərə təmiz və yaşıl bir dünya miras qoymaq arzusunu göstərən incə naxışlar yer alıb.
Sərgi zamanı xüsusi hazırlanmış COP29 xalçası, ziyarətçilərin diqqət mərkəzində olub. Bu xalça, iqlim dəyişikliyi ilə mübarizə və davamlı inkişaf prinsiplərinin incə ilmələrlə nəql edildiyi bir sənət əsəridir.
Tədbirin açılışında Xalça Muzeyində COP29 xalçasının tikilmə mərasimi, qonaqlara və iştirakçılara Azərbaycanın zəngin mədəniyyətini və bu mədəniyyətin iqlim dəyişikliyi ilə mübarizə kontekstində necə istifadə edə biləcəyini nümayiş etdirib. Xalçanın tikilməsi, bu mesajları daha təsirli bir şəkildə çatdırmaq və insanları bu mühüm məsələlərə diqqətini cəlb etmək üçün seçilmiş bir metoddur.
Xalçanın tikilmə mərasimi, sənətkarların ənənəvi xalçaçılıq texnikalarını istifadə edərək icra edilib. Hər bir ilmə, ətraf mühitin qorunması və yaşıl gələcəyin təmin edilməsi arzusu ilə tərtib olunub. Xalçanın naxışları, təbiətin elementlərini və davamlılıq simvollarını əks etdirirdi, bu da onu həm estetik, həm də simvolik baxımdan dəyərli bir əsər edir.
COP29 xalçasının tikilməsi, iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin qorunması mesajlarının ənənəvi sənət vasitəsilə çatdırılmasının gözəl bir nümunəsidir. Xalça Muzeyində keçirilən sərgi, yalnız sənət əsərinin gözəlliyini nümayiş etdirmək deyil, həm də insanların bu mühüm məsələlərə diqqətini cəlb etmək məqsədi daşıyır.
Bu xalça, ətraf mühitin qorunması və yaşıl gələcəyin təmin edilməsi məqsədilə atılan addımların simvolik bir ifadəsidir.
Sərginin açılış mərasimində uşaqların ifa etdiyi milli rəqslər, tədbirin ən unudulmaz məqamlarından biri olub. Uşaq rəqs ansamblının zərif və enerjili hərəkətləri, Azərbaycanın zəngin və rəngarəng mədəniyyətini səhnəyə daşıyıb. Azərbaycanın ənənəvi milli rəqsləri, tədbirə əlavə bir mədəniyyət və enerji qataraq iştirakçıların zövqünü oxşayıb.
Milli rəqslərin nümayişi, iştirakçılara mədəni irs və ekoloji davamlılıq mövzularının necə bir araya gələ biləcəyini göstərib. Hər bir addım və hərəkət, təmiz və yaşıl bir dünya üçün gələcək nəsillərə verilən dəyərli bir mesajdır. Xalça sənətinin incəliyi və milli rəqslərin enerjisi, tədbirin əsas mövzularını güclü və təsirli bir şəkildə vurğulayıb.
Mövzu ilə bağlı azərbaycanlı rəssam-modelyer, əməkdar incəsənət xadimi, “Fakhriya Khalafova” moda evinin təsisçisi Fəxriyə Xələfova Crossmedia.az-a verdiyi açıqlamasında bildirib:
“Mən belə hesab edirəm ki, “İqlim və İlmələr” sərgisi xalça sənətimizə müasir bir baxış bəxş etdi. Həmişə qeyd etmişəm ki, ən böyük rəssam Tanrıdır. Təbiəti o qədər gözəl rənglərlə yaradıb ki, amma bu rəngləri incəsənət nümunələrinə keçirdə bilən ancaq istedadlı insanlardır. COP29-la bağlı saysız-hesabsız qonaqlarımız var. Onlar həm qədim, həm də müasir incəsənətimizi görürlər. Bunlan elə nəticə çıxarmaq olar kiç Azərbaycan xalqının hər dövrdə istedadlı insanları olub və olacaq. Bizim millətin istedadlı nümayəndələrinə olan rəng duyumu başqa xalqlarda müşahidə olunmur. Mənim bunu müşahidə etmək üçün yetəri qədər təcrübəm var. Xalçaçılıq çox nadir tətbiqi incəsənət növüdür. Xalçaçı rəssam olmaq üçün çox böyük səbr lazımdır. COP29 çərçivəsində “İqlimlər və İlmələr” sərgisi çox maraqlı sərgi kimi dəyərləndirmək olar”.
Azərbaycanın Milli Xalça Muzeyinin mətbuat katibi Ülvinə Fərzəliyeva da Crossmedia.az-a açıqlama verib:
“Ölkəmizə gələn qonaqlarımızın əksəriyyəti, Azərbaycanın mədəniyyəti ilə tanış olmaq istəyir və muzeylərə üz tuturlar. Bu günlərdə Azərbaycan Milli Xalça Muzeyinə gələn qonaqlar çox yüksək səviyyədə qarşılandılar. Biz milli irsimiz olan xalça sənətimizi onlara nümayiş etdirdik. Biz COP29-a töhfə olaraq möhtəşəm “İqlim və İlmələr” sərgisində də Azərbaycan milli irsindən ilhamlanaraq əsərləri nümayiş etdirdilər. Biz bu sərgi ilə ekologiyamızı qorumağa və iqlim dəyişmələrinə diqqəti cəlb etməyə çalışırıq”.
Beləliklə, COP29 tədbirləri və Xalça Muzeyindəki sərgi, davamlılıq və mədəniyyətin bir araya gəldiyi nümunəvi bir tədbir olaraq yaddaşlarda qalacaq.
Samirə Şərif