Mədəniyyət Nazirliyinin Xaçmaz Regional İdarəsinə yeni rəis təyin edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimov bu barədə əmr imzalayıb.
Sözügedən vəzifə Vüsal İbrahimova həvalə olunub.
O, indiyədək Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru vəzifəsində çalışıb.