Gənclər və idman nazirinin müavini Mariana Vasileva Qazaxıstan Respublikasının turizm və idman nazirinin müavini Yerjan Yerkinbayevi qəbul edib.
Crossmedia.az bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən bildirib.
Qonağı salamlayan nazir müavini ona ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib. Görüş zamanı Azərbaycan və Qazaxıstan arasında idman sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
Görüşdə Gənclər və İdman Nazirliyinin sektor müdirləri Aydın Məmmədov, Ülviyyə Hacıyeva, Elvin Zeynalov, Qazaxıstan Respublikasının Turizm və İdman Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Akmaral Jamalatova, Turizm Sənayesi Komitəsinin Daxili təhlil şöbəsinin müdiri Nurbol Bayzhanov, Qazaxıstanın Azərbaycandakı səfirliyinin birinci katibi Daniyar Batalov iştirak ediblər.