Azərbaycan Mərkəzi Bankı (AMB) “BOKT AZPUL", “PARA BOKT” və “MJ Financial Services BOKT” təşkilatlarının vəzifəli şəxslərini cərimə edib
Crossmedia.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin və “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, “PARA” Bank olmayan kredit təşkilatı ASC-nin vəzifəli şəxsi 2 min manat, “MJ Financial Services Bank olmayan kredit təşkilatı” ASC-nin vəzifəli şəxsi 1 500 manat, Bank olmayan kredit təşkilatı AZPUL MMC-nin vəzifəli şəxsi 6 min manat məbləğində cərimə edilib.