Ankarada keçirilən ikitərəfli görüşlərdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Türk Dövlətləri Təşkilatı çərçivəsində əmək və məşğulluq üzrə işçi qrupunun yaradılması, əmək və məşğulluq məsələlərinə cavabdeh nazirlərin mütəmadi iclaslarının keçirilməsi təklifini irəli sürüb.
Ankarada nazir Sahil Babayevin həmkarı Vedat İşıkhan ilə görüşündə təşkilata üzv ölkələrin əmək və sosial müdafiə qurumları arasında əmək və sosial müdafiə sahəsində əlaqələrin inkişaf etdirilməsi müzakirə olunub.
S.Babayev Şimali Kipr Türk Cümhuriyyətinin əmək və sosial müdafiə naziri Sadık Gardiyanoğlu ilə də görüşündə isə son dövrlərdə ikitərəfli təmasların dinamikasında ciddi artım olduğunu vurğulayıb.
Qeyd edək ki, görüşlər TDT-yə üzv dövlətlərin əmək və sosial müdafiə qurumlarının nümayəndələrinin iştirakı ilə Ankarada “Türk dövlətlərində sosial müdafiə, əmək və sosial xidmətlər” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində baş tutub.