Hadisə

Qadın-kişi münasibətləri və gender bərabərliyi mövzusu uzun illərdir ki, həm dünya miqyasında, həm də Azərbaycanda müzakirə olunan bir məsələdir. Hər iki tərəfin mövqeləri arasında müəyyən ziddiyyətlər olsa da, bu məsələnin mürəkkəb və çoxşaxəli olması heç kəsə sirr deyil. Azərbaycanda qadınların cəmiyyətdəki rolu və hüquqları ilə bağlı bir çox müsbət inkişaf olsa da, eyni zamanda müxtəlif sosial və mədəni maneələr hələ də mövcuddur. Qadın hüquqlarının pozulması, məişət zorakılığı və cinsi istismar kimi problemlər isə həll edilməmiş mühüm məsələlərdən biridir.

Mövzu ilə bağlı Crossmedia.az-a sosioloq Lalə Mehralı açıqlama verib.

Ekspert bildirib ki, qadın-kişi münasibətləri indiyədək müxtəlif kontekslərdə, müxtəlif quruluşlarda və dövrlərdə nəzərdən keçirilib. Qadınla kişinin bərabər hüquqları, istər sosial, istər cinsi, istər də mənəvi aspektlərdə müzakirəyə açıq məsələdir. Cinslərin qarşılıqlı münasibətləri ən çox müzakirə olunan, heç vaxt nəticəyə varılmayan mübahisəli məsələlərdəndir.

Onun sozlərinə görə, Azərbaycanda gender bərabərliyi və ya bərabərsizliyindən danışanda insanlar iki cəbhəyə ayrılır:

"Bir tərəf Azərbaycan qadınlarını cəmiyyətimizin tamhüquqlu üzvləri kimi ölkənin sosial, iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak etdiyini iddia edir, başqa bir tərəf isə əksini deyir, qadınların ailədə söz sahibi olmamalarını, döyülmələrini, öldürülmələrini əsas gətirir. İnsafən, hər iki tərəf də haqlıdır".

Lalə Mehralı qeyd edib ki, Azərbaycanda qadın hüquqları və gender bərabərliyinə dair ümumilikdə 142 sənəd imzalanıb: 

"Qadınlar elmi, texniki, siyasi, iqtisadi sahələrdə kifayşt qədər yer tuturlar, istehsalatda, kənd təsərrüfatında xüsusi çəkiləri var. Lakin real həyatda qadın hüquqlarının pozulması, məişət zorakılığı, qadın alveri və cinsi istismar hallarının sayı da az deyil. Hər ilin statistikası elan ediləndə məlum olur ki yenə öldürülənlər, zorakılıq görənlər siyahısında qadınlar liderlik edir".

Gültac Mehdizadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il