2020-ci il sentyabrın 27-i başlayan İkinci Qarabağ müharibəsi digər adı ilə 44günlük müharibə, Azərbaycan dövlətinin, ordusunun, xalqının gücünü bütün dünyaya tanıtdı. Bu müharibədə iştirak etmiş, cəsur igidlərimizdən biri də İlkin Nəzərlidir.
-Şuşa şəhərinin azad edilməsi əməliyyatında iştirak etdinizmi?
-Bəli, Şuşa şəhərinin azad edilməsində 3 tabordan 1-nin döyüşçüsü olmuşam. Noyabr ayının 5-i Daşaltı kəndi istiqamətində, Daşaltını azad etdikdən sonra, noyabrın 6-ı səhər Şuşa şəhərinə irəliləmişik. Şuşa şəhərində olan qalanın yanında həmin gün axşam saatlarında yaralanıb, iki gün meşədə yaralı qalmışam. Noyabrın 8-i axşam ordan təxliyə olunmuşam. Təxminən 16 gün komada olmuşam. İndi isə 2-ci qrup əliləm. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən 5 medal və 1 "Qarabağ" ordeni ilə təltif olunmuşam.
-Sizin üçün müharibə dövrünün ən yaddaqalan anı nə idi?
-Şuşa şəhərinin içində tank üstümüzə gəlmişdi və bizimdə tankı vurmağa təchizatımız yox idi. Biz isə dağa qalxdığımız üçün əşyalarımızı yüngül etmişdik, tanka qarşı sadəcə avtomatlarımız var idi. Sanki "siçan, pişik oynayırdıq"-tank vururdu, biz vururduq. Bu şəkildə biz tankın irəliləməməsini 1 gün geciktirmişik.
-Qələbənin qazanıldığı günkü hissləriniz barədə danışa bilərsinizmi?
-Qələbənin qazanıldığı gün komada olmuşam...
Aysel Ağakərimova