"Əksəriyyətimiz ədalətli və məhsuldar iş mühiti arzulayırıq, lakin bizdən asılı olmayan səbəblərdən önümüzə əngəllər çıxır. İş yerində gender ayrı-seçkiliyi insanın cinsinə görə məruz qaldığı hər hansı pis rəftar və ya təzyiqdir".
Bu sözləri Crossmedia.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib. O qeyd edib ki, bəzən elə vəziyyətlər olur ki, haqqımızı tapdalayan elə həmcinsimiz olur. Eyni iş üçün qadın işçiyə, kişidən daha az pul ödəmək, işinin peşəkarı olan bir qadını iş yerində sıxışdırmaq ən çox rastlanan vəziyyətlərdir.
Lalə Mehralı iş yerində gender bərabərliyinin məhsuldarlığa təsirindən danışıb:
"Əgər bərabərlik təmin edilərsə, bu, əlbəttə ümumi işin xeyrinə olar. Lakin gender bərabərsizliyinin olduğu iş yerlərində məhsuldarlıq da aşağı düşür. Çünki hər ikisi eyni əməyi sərf edib, müqabilində biri az, digəri çox ödəniş alırsa, az alan tərəf məhsuldar ola bilməz. Ona stimul verən sərf etdiyi əməyin qarşılığının ödənməsidir, əgər bu ödəniş yerli deyilsə, stimul da olmayacaq".
Sosioloq, müəyyən sahələrdə qadın və kişilər arasında əmək haqqının fərqini bildirib:
"Bizim qanunvericiliyə əsasən, qadınlar və kişilər bütün məsələlərdə bərabərhüquqludurlar. Bu bəzən əməkhaqqı məsələsində öz təzahürünü tapmır. Özəl sektorda daha çox müşahidə edilir maaş fərqi, kişilər qadınlara nisbətən daha çox pul alırlar. Amma gördüyü işin müqabilində daha çox maaş alan kişilərin işi də çox vaxt ağır olur. Xüsusilə fiziki əmək tələb edən sahələrdə - maşınqayırma, emal sənayesi, tikinti sektorunda kişilərin daha çox maaş alması ədalətlidir, çünki daha çox əmək sərf edirlər".
L.Mehralı dünya üzrə iş yerlərində gender bərabərliyi məsələsində uğurlu olmuş ölkələri qeyd edib:
"Ötən il Dünya İqtisadi Forumu “Qlobal Gender Bərabərliyi” hesabatında 136 ölkəni resurs və imkanların kişi və qadın əhali arasında necə bölüşdürüldüyü üzrə dəyərləndirmişdi. Hesabat dörd sahədə gender bərabərsizliyini ölçüb: iqtisadi iştirak və imkanlar, təhsil dərəcəsi, siyasi səlahiyyət, sağlamlıq və həyatdaqalma. Həmin siyahıya görə Cənubi Qafqaz ölkələri arasında lider Gürcüstandadır, o siyahının 86-cı pilləsindədir. Sonra Ermənistan (94) və Azərbaycan (99) gəlir. İran (130) və Pakistan (135) aşağı səviyyəli ölkələr sırasındadır. MDB ölkələri arasında ən yüksək nəticə Qazaxıstana (32) məxsusdur. Daha sonra Moldova (52), Rusiya (61), Qırğızıstan (63), Ukrayna (64), Azərbaycan (99) gəlir".
Aysel Ağakərimova