Hadisə

Duyğular həyatımızın təməl hissəsidir və onların idarə olunması həyat keyfiyyətimizi birbaşa təsir edir. Empatiya, ünsiyyət və fədakarlıq kimi hisslər bizə dərin əlaqələr qurmağa kömək etsə də, bu duyğuları aşırı yaşadıqda, özümüzü qurban vəziyyətində hiss edə bilərik. Eyni şəkildə, sinir, qəzəb və yüksək eqo kimi duyğular da iç dünyamızda və bədənimizdə mənfi təsirlər yarada bilər.

Duyğularımızı balanslı şəkildə necə idarə etməyin və həyatımıza harmoniya qatmağın yollarını Crossmedia.az-a açıqlamasında psixoloq Nabat Mirzəyeva danışıb.

Psixoloqun sözlərinə görə, hisslərimizi idarə etmədiyimiz müddətcə, həyat bir çox çətinliklərlə bizi üzləşdirir. Bu hisslərə empatiya, ünsiyyət və fədakarlıq aiddir. Lakin bu duyğuları aşırı yaşadıqda, məsələn, özümüzü bir insana duyğusal olaraq qurban verdikdə, daha çox bağlılıq, empati və ünsiyyət qurduqda, yaxud sinir, gərginlik, qəzəb və yüksək eqo nümayiş etdirdikdə, duyğularımızın balansı pozulmuş olur və nəticədə həyat bizə maneələr təqdim edir.

O bildirir ki, aşırı fədakarlıqda özümüzü qurban kimi hiss edirik, qarşı tərəfdən qarşılıq görmədən, anlayış və diqqət almadan daha çox fəda edirik. Bu balanssızlıq zamanla fiziki və emosional narahatlığa səbəb olur. Və biz niyə etdiklərimizin qarşılığını almadığımızı sorğulamağa başlayırıq.

Ekspertin fikrincə, duyğuları qida kimi qəbul etməliyik. Balanssız qidalanma bədənimizdə narahatlıq yaradırsa, duyğuların idarə edilməməsi də eyni nəticəni doğurur. Aşırı duyğusal boşluq yaşasaq, bu, bizi daha çox stressə, əsəbiliyə və qəzəbə səbəb edir, nəticədə fiziki cəhətdən zəifləyirik.

Duyğularımızı idarə etmədiyimizdə həyat bizə başqa bir cavab verəcək. Lakin onlara nəzarət etdikdə, daha çox uğur əldə edəcəyik. Əvvəlcə, aşırı fədakarlıq etməyəcəyik. Sonra, gərginləşməyəcəyik və qarşı tərəfin bizə hansı məqsədlə yaxınlaşdığına diqqət yetirəcəyik. Ötürdüyümüz duyğuların bizə hansı fiziki və emosional təsirlər göstərdiyini də nəzərə almalıyıq.

Eyni zamanda psixoloq bildirir ki, aşırı empatiya və bağlılıq bizi qurban vəziyyətinə gətirir və qarşılıq görmədikdə, bu, bizə zərər verə bilər. Buna görə də, gücümüz yetdiyi qədər özümüzə diqqət etməliyik. Hansı duyğuların bizdə aqressiya və fədakarlıq yaratdığını anlamağa çalışmalıyıq. Bu duyğular bizə hansı nəticələrə gətirib çıxarır? Onları necə dəyişdirə bilərik?

O, qeyd edir ki, ilk olaraq, duyğularımızı dinləməli və onların səbəbini araşdırmalıyıq. Zamanla, duyğularımızın üzərində çalışaraq, həyatımızda müsbət dəyişiklər əldə edəcəyik.

Gültac Mehdizadə 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il