Gündəm

Münaqişələrin yan təsirləri qlobal iqlim problemlərini daha da dərinləşdirir.

Crossmedia.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Sülh, Yardım və Bərpa Günü ilə bağlı çıxışında deyib.

Onun sözlərinə görə, COP29-da sədrliyin əsas məntiqlərindən biri də bu məsələ ilə bağlı bütün tərəfləri bir araya gətirməkdir:

“Biz müxtəlif ölkələrlə həll yönümlü çıxış yolları hazırlayırıq. Odur ki, tərəfdaşlara Azərbaycana inandığına, etibar etdiyinə görə təşəkkür edirəm. Vaxtı hədər vermək olmaz. Bəyanatları konkret tədbirlərə çevirmək lazımdır”.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il