Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Britaniyanın Baş naziri Kir Starmerlə görüşüb.
Crossmedia.az xəbər verir ki, görüş Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammiti çərçivəsində baş tutub.
Görüş mətbuata qapalı keçirilib. Rəsmi açıqlamaya görə, liderlər arasında görüş zamanı Türkiyə-İngiltərə ikitərəfli əlaqələri, regional və qlobal məsələlər müzakirə edilib.
Ərdoğan Starmerə Türkiyə ilə İngiltərə arasında əlaqələrin yaxşılaşdırılması və ticarət həcminin artırılması üçün səylərin davam etdiriləcəyini bildirib.
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, kommunikasiyalar üzrə direktor Fahrettin Altun və bəzi Türkiyə və İngiltərə rəsmiləri iştirak edib.